"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq

"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq
ÖLKƏ FUTBOLU 9 Dekabr 2025 / 11:39 1161
-  A +

"Ayaks" Çempionlar Liqasının 6-cı turunda “Qarabağ"la keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

QOL.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

Amsterdam təmsilçisinin 6 futbolçusu sabahkı matçı buraxacaq. Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis zədə səbəbindən Bakıya gətirilməyib.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək  "Qarabağ" - "Ayaks" matç saat 21:45-də başlayacaq.

Daha çox


Son xəbərlər