“Liverpul” misirli hücumçu Məhəmməd Salahla bağlı mövqeyini müəyyənləşdirib.
QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Klub qış transfer pəncərəsində Salahı satmağı planlaşdırır. Bildirilir ki, forvard bütün variantlara açıqdır — o, “Barselona”, “Real” və ya “Bavariya”ya keçidi dəyərləndirməyə hazırdır. Bununla belə, Səudiyyə Ərəbistanından gələcək təklif ən cəlbedici variant ola bilər.
Xatırladaq ki, Salah son günlər baş məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. O, ardıcıl 3 oyunda start heyətində yer almayıb, daha sonra isə “İnter”lə Çempionlar Liqasının matçı üçün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”da 19 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar