“İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq”.
QOL.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 14-cü turunda “Şamaxı”ya məğlub olduqları matçı şərh edərkən deyib. Mütəxəssis matça hazırlıq üçün vaxtın az olduğunu, bərpa və taktiki məşqlərlə kifayətləndiklərini bildirib:
“Rəqibi təhlil etmişdik, futbolçulara məlumat vermişdik. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma ruhdan düşmürəm. Qarşıda 2 oyunumuz var, maksimum hazırlaşıb daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız işləməklə və məşq etməklə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq”.
F.Məmmədov jurnalistlərin suallarını cavablandırarkən klub rəhbərliyinin tez-tez məşqçi dəyişməsinə "Bu, onların qərarıdır", - deyə münasibət bildirib, lakin özünə və komandasına inandığını vurğulayıb.
O, "Qarabağ" və "Şamaxı" ilə oyunlardakı eyni nəticəni (0:2) hazırlıq üçün zamanın azlığı, futbolçulara yükləmə verə bilməmələri və fiziki çatışmazlıqlarla əlaqələndirib. Komandanın çalışdırıcısı oyundan sonra azarkeşlərin etirazını anlayışla qarşıladığını, onların qələbə istəyində haqlı olduqlarını etiraf edib.
Qış planlarından və transferlərdən danışan Fizuli Məmmədov, hazırda əldəki heyətlə davam etdiklərini, lakin rəhbərliklə danışıb fasilədə mütləq güclənməli olduqlarını diqqətə çatdırıb.
Bununla yanaşı, mütəxəssis rəsmi sənədlərdə baş məşqçinin hələ də Azər Haşımov olması məsələsinin tezliklə həll olunacağına inandığını, rəqibləri "Kəpəz"in də Yevlax stadionundan istifadə etməsinin isə ondan əvvəl verilmiş qərar olduğunu, buna bəlkə yanvarda baxıla biləcəyini qeyd edib.
Füzuli Məmmədov futbolçularının texniki səviyyəsinin aşağı olması barədə iradlara isə belə cavab verib:
“Xeyr, ola bilər ki, siz belə görürsünüz. Rəqibin təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr və açılmalar da daha yaxşı səviyyədə olacaq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib