"Qarabağ" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis hər iki komandanın kubok oyunlarından sonra yorğun olduğunu, lakin rəqibin hər matçda daha da formalaşdığını və Rəşad Sadıqovun hər matçda sürprizlər etdiyini vurğulayıb:
- Keyfiyyət baxımdan oyun istədiyimiz kimi olmasa da, meydanda gərgin mübarizə vardı. Futbolçular çox enerji sərf etdilər. Biz də, “Zirə” də kubok matçından sonra meydana çıxmışdıq. Rəqibin oyunu isə 120 dəqiqə davam etmişdi. Buna görə dinamikanın bir qədər aşağı olması normaldır. Amma meydanda ciddi mübarizə getdi və hər iki komanda 1 xal qazanmağa layiq idi. Futbolçular həqiqətən çox əziyyət çəkdi. Oyundan-oyuna daha çətin, daha formalaşmış və daha geniş düşüncəli “Zirə” ilə qarşılaşırıq. Rəşad Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür və bunu oyunun gedişində hiss edirik. Güclü rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.
- Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?
- O, üç müxtəlif mövqedə oynaya bilən futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə”, həm də vinger kimi çıxış edə bilir. Həqiqətən universal oyunçudur. Rotasiyalar və oyunun gedişatı buna səbəb oldu. “Zirə” birə-bir mübarizələrdə çox yaxşı çıxış edir, müdafiədə isə cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə onun haqqında pozitiv fikirlər formalaşır.
- "Ayaks"la matça start heyətində çıxa bilər?
- Tam hazır deyil. Bəlkə də bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında müəyyən dəyişikliklər edə bilər. Əvvəlki matçda 90 dəqiqə oynamışdı və üç gün sonra bərpa oldu. Özünün dediyinə görə, çox yorulmuşdu. Qarşıdakı günlərdə onun bərpasına baxacağıq və ona uyğun qərar verəcəyik. Oyundan-oyuna daha hazırlıqlı olur.
- Həm rəqib, həm də baş hakim icazə vermədi ki, fasilələr çox olsun. Bu, "Ayaks"la oyundan öncə yaxşı təsir göstərə bilər?
- Biz hakimlərə deməmişdik ki, fasilə verməyin. Hər oyun bu cür davamiyyətli olmalıdır. İstənilən futbolçu o rejimə, o tempə uyğunlaşmalıdır. Oyun nə qədər çox dayansa, azarkeşlər üçün də maraqsız olur.
- Abdullah Zubir əsəblərini cilovlaya bilmədi. Onun hərəkətinə reaksiyanız necədir?
- Məni həmişə sakit görürsünüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilovlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.
- "Ayaks"la görüş həlledicidir. Komanda oyuna nə qədər hazırdır? Rəqibi təhlil etmisiniz?
- Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq.
- Ramil Şeydayev "Qarabağ"dakı ilk dövründə normal səviyyəyə gəlmişdi. Bəs bu dəfə necə, əvvəlki formasına qayıdacağına inanırsınız?
- İstəklidir, amma bəlkə ona daha çox şans versək, idman formasını daha tez bərpa edə bilər. Hər bir futbolçu üçün oyun sayı və oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə və istəkli olsa da, matç təcrübəsi tamamilə fərqlidir. Razı qaldığım odur ki, o həm istəkli, həm də intizamlıdır. Komandada ikinci heyət də var ki, uğur üçün böyük fayda verir. Bu oyunçular nəticə əldə etmək baxımdan kömək edir, əsas heyət üzvləri üçün isə rəqabət yaradır. Şərt deyil ki, onlar bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. Məşqlərdə 20 oyunçunun aktiv olması komandanın idman formasını qorumasına böyük töhfə verir.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri