“Napoli” “Yuventus”la oyuna itki ilə çıxacaq

“Napoli” “Yuventus”la oyuna itki ilə çıxacaq
XƏBƏR 5 Dekabr 2025 / 17:22 711
-  A +

“Napoli” A seriyasının 14-cü turunda "Yuventus"la matça itki ilə çıxacaq.

QOL.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Stanislav Lobotka əzələ problemi səbəbindən sözügedən görüşdə oynaya bilməyəcək.

31 yaşlı futbolçu İtaiya kubokunun 1/8 finalı çərçivəsində “Kalyari” ilə qarşılaşmada sıradan çıxıb. Bu, onun mövsümdəki ilk ciddi problemi deyil. Slovakiyalı oyunçu oktyabr ayında da zədə səbəbindən 3 həftə yaşıl meydanlardan uzaq qalmışdı.

Lobotka cari mövsüm "Napoli" üçün ümumilikdə 14 matç keçirib, 1 qolun ötürməsini verib. 


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir