“Zirə”nin hücumçusu Martins Junior Azərbaycan Kubokunun 1/8 finalında “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Çətin oyun olacağını bilirdik. Eyni zamanda mərhələ adlayan tərəfin biz olacağına da inanırdıq. Bütün kollektivə təşəkkür edirəm. Sona qədər inandıq, 1/4 finala yüsəldik. Çox az vaxtımız var. Şənbə günü bizi “Qarabağ”la çətin oyun gözləyir. Yaxşı bərpa olub, artıq həmin matçı düşünməliyik.
- Qeyd etdiniz ki, mərhələ adlayacağımıza inanırdıq. Bu, öz gücünüzə olan inamdan irəli gəlirdi, yoxsa “Neftçi”nin son zamanlardakı uğursuz çıxışından?
- Rəqibimizin necə böyük komanda olduğunu bilirik. “Neftçi” keyfiyyətli futbolçulardan təşkil olunub. Eyni zamanda biz də öz gücümüzə bələdik. “Zirə” də yaxşı təşkilatlanmış komandadır. Həftə boyu bu matça ciddi hazırlaşmışdıq. Bu qələbədə məşqçi amili də böyük rol oynadı. Rəşad Sadıqov həftə boyu bizi oyuna çox yaxşı hazırlamışdı. Buna görə də mərhələ adlayan tərəf biz olduq.
- 90 dəqiqədən sonra cütün taleyini əlavə vaxtda həll etmək istəyirdiniz, ya penaltilər seriyasında Tiaqo Silvanın qurtarışlarına ümid edirdiniz?
- Biz bu oyunda baş verəcək istənilən gedişata əvvəlcədən hazır idik. Fərqi yoxdur 90, 120 dəqiqə, yaxud penaltilər seriyası olsun. Bəli, bizim çox keyfiyyətli qapıçımız var. Əlavə vaxtda fərqləndik. Lakin əminəm ki, oyun penaltilər seriyasına getsəydi, Tiaqo bizə çox kömək edəcəkdi.
- Qol vurduğunuz epizoddan sonra formanızı rəqib azarkeşlərinə göstərdiniz. Düzdür, “Neftçi” azarkeşləri irqçiliyə yol versələr də, düşünmürsünüz ki, qol sevincini rəqib azarkeşlər önündə qeyd etməklə siz də təxtibata yol verdiniz?
- Mən futbolda bu cür halları sevirəm. Azarkeşlərin müəyyən mənada təxribat etmələri bir növ məni motivasiya edir. Şükürlər olsun ki, bundan sonra mən də qolumu vurdum, komandama qələbə qazandırdım.
- 3 gündən sonra çempionatın lideri “Qarabağ”la qarşılaşacaqsınız. 120 dəqiqəlik ağır kubok matçı həmin görüşə istənilən kimi hazırlaşmağınıza mane olmayacaq?
- “Qarabağ”ın gücü məlumdur. Liderə qarşı oynayacağıq. Düşünmürəm ki, yorğunluq olsun. Dediyiniz kimi, hələ 3 gün vaxtımız var. Bərpa olunub, “Qarabağ”a qarşı layiqli mübarizə apara bilərik.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib