"Trabzonspor" kapitanını 5 aylıq itirdi

"Trabzonspor" kapitanını 5 aylıq itirdi
DÜNYA FUTBOLU 25 Noyabr 2025 / 11:40 1059
-  A +

Türkiyənin “Trabzonspor” klubu ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, komandanın kapitanı Edin Visça zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Superliqanın 13-cü turunda “Başakşəhər”lə matçda (4:3) ciddi xəsarət alan Visça əməliyyat olunacaq. Bosniyalı vingerin azı 5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm Super Liqada 9 oyuna çıxıb.


Son xəbərlər
11.01.26  10:54

Ciddədə "El Klasiko"

10.01.26  13:12

2 ay Mbappe, 2 ay Yamal