DÇ-2026-nın seçmə mərhələsinin bu gecə keçirilən matçlarından sonra daha bir komanda əsas mərhələyə vəsiqəni təmin edib.
QOL.az xəbər verir ki, bu, Fransa yığmasıdır.
Sözügedən milli D qrupunda Ukrayna ilə 5-ci tur matçına çıxıb. Didye Deşamın baş məşqçilik etdiyi kollektiv 4:0 hesabı ilə qalib gəlib. Beləliklə, Fransa ardıcıl 8-ci dəfə mundialın final mərhələsində mübarizə aparacaq.
Fransa millisi DÇ-2026-da iştirak hüququna yiyələnən 29-cu komanda olub.
Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar.
DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü