Türkiyə Futbol Federasiyası (TFF) ölkə futbolunda yaşanan mərc qalmaqalı ilə bağlı yeni açıqlama yayıb.
QOL.az xəbər verir ki, federasiyanın məlumatına görə, peşəkar liqalarda çıxış edən 132 klubdan 128-də ümumilikdə 1024 futbolçu mərc oyunlarında iştirak edib. Onlarla bağlı iş Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.
Yalnız "Fənərbaxça", "Başakşəhər", "Kocaelispor" və "Gənclərbirliyi" futbolçularının adları siyahıda yer almayıb.
1024 futbolçudan 27-si Super Liqa, qalan 997-si isə aşağı liqalarda çıxış edir. Məlum olub ki, gəliri az olan futbolçular arasında mərc oynayanların sayı daha çoxdur.
Super Liqada ən çox futbolçusu cəzaya göndərilən komanda "Alanyaspor" (4 oyunçu) olub. 1-ci Liqada bu göstəricidə "Boluspor" (7 oyunçu) öndədir.
2 və 3-cü liqalarda vəziyyət daha acınacaqlıdır.
"Erbaaspor"dan 16 futbolçu, "Mersinspor" 12 futbolçu, "Diyarbekirspor"dan 18 futbolçu, "Ağrı 1970 Spor"dan 17 futbolçu, "Yalova FK"dan 16 futbolçusu ilə bağlı intizam qərarlarının verilməsi iə bağlı PFDK-ya müraciət edilib. Bu klublar demək olar ki, meydanda heyət qurmaqda çətinlik çəkəcək.
Super Liqa klublarından mərc qalmaqalında adı keçənlər arasında "Konyaspor"un seneqallı futbolçusu Alassane Ndao da var. Bundan əlavə, "Qalatasaray"ın Türkiyə milli komandasında oynayan futbolçusu Eren Elmalı, U-21 millsindən İzzet Çelik və U-19 millisindən Ege Albayrak siyahıya düşdükləri üçün millidən uzaqlaşdırılıblar.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”