“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayevin QOL.az saytına müsahibəsi
- “Araz-Naxçıvan” Zəfər turunu qələbə ilə başa vurdu.
- İlk öncə Ali Baş Komandanımıza təşəkkür edirəm. Həmçinin millətimə təşəkkür edirəm ki, Zəfər üçün əlimizdən gələni etdik. Bu Zəfərdə iştirak edən, əməyi olan hər kəsə minnətdaram. Şəhidlərimizə Allah rəhmət eləsin. Qəlbimiz iki yerə bölünüb. Bir yandan Zəfərimizin 5 illiyini qeyd edirik, sevinirik, digər tərəfdən isə şəhid ailələri var. Qazilərin, şəhidlərin sayəsində torpaqlarımıza geri qayıtdıq. Bu zəfər şəhidlərimizin qanı ilə yazıldı. Millətimizə qalibiyyət çox yaraşır.
- “Karvan-Yevlax” üzərində qazanılan əzmkar qələbəni (2:1) necə şərh edərdiniz?
- Birinci hissədə hücumları dəyərləndirə bilmədik. İkinci 45 dəqiqədə də çətin idi. “Karvan-Yevlax” çox qapalı oynayır. Bu komandaya qarşı qol epizodu yaratmaq çətindir. Bununla belə, komandamız əzmkarlıq nümayiş etdirdi, geridönüş sayəsində 3 xal qazandıq. Oyun haqda pozitiv və neqativ danışmaq olar. Müsbət məqam odur ki, oyundan qopmaq istəmirdik, daim sürətli hücumlara can atırdıq. Mənfi məqam isə odur ki, matçda cəmi 15-20 dəqiqə temp olurdu. İmkan vermirdilər oyuna. Bütün çətinliklərə baxmayaraq, yekunda istəyimizə çatdıq. Bu qələbə bizə önəmli ruh verəcək.
- Elmar Baxşıyev meydana bir qədər fərqli heyət buraxmışdı...
- Bu, baş məşqçinin qərarıdır. Bu haqda nəsə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, kim meydana çıxırsa, fərq etmir, komandanın qələbəsi üçün əlindən gələni edir.
- Son turlar “Araz-Naxçıvan” sanki bir qədər qeyri-stabil görünür. Bu məqam mövsümün sonunda hədəfə çatmağa mane olmayacaq?
- Hədəflə bağlı vəd vermək bir qədər çətindir. Rəhbərlik və məşqçi heyəti yaxşı hədəflər üçün çalışır. Deməzdim son turlar qeyri-stabilik, sadəcə bir qədər şanssızlıq yaşayırıq. İstər “Sumqayıt”, istər “Sabah”, istərsə də “Neftçi” ilə matçlarda. “Sabah” və “Neftçi” ilə görüşlərdə qələbəyə yaxın olsaq da, yekunda heç-heçə ilə kifayətləndik. “Sumqayıt”la matçda isə geridönüş edib hesabda önə keçsək də, yekunda xalsız qaldıq. Artıq komanda oyanıb. Düşünmürəm ki, “Araz-Naxçıvan”ın vəziyyəti pisdir. Son oyunlardakı şanssızlığı artıq geridə qoymuşuq. İnanıram ki, bundan sonra yaxşı nəticələrimiz olacaq.
- Hazırkı durumu nəzərə alsaq, çempionatdakı fasilənin “Araz-Naxçıvan”a müsbət təsir edəcəyini söyləmək olar?
- Ümumi olaraq bizim komandaya ciddi təsir edəcəyini düşünmürəm. Çünki bizdən milliyə çox az futbolçu dəvət alır, yaxud ümumiyyətlə heç kim dəvət olunmur. Oyun ritmindən uzaqlaşmaq baxımından isə fasilənin müəyyən təsirinin olacağı şübhəsizdir.
- Millidən söz düşmüşkən, qarşıdakı matçlardan gözləntiləriniz nədir? Heç olmasa İslandiyadan xal almaq şansımız var?
- Bu, heç də asan olmayacaq. Düşünürəm ki, İslandiya ilə matç Fransa ilə görüşdən daha çətin olacaq. İslandiya yığması gördüyüm ən yaxşı komandalardan biridir. Biz olduğumuz dönəmdə də milli keyfiyyətlə üstünük əldə etmirdi. Nə qazanırdıqsa, mübariz oyunla, xarakterlə qazanırdıq. Bu dəfə də millimiz xarakter ortaya qoya bilsə, iki oyundan birində yaxşı nəticə qazana bilərik. Qəlbimizdəki istəyimiz isə hər iki oyunda qələbədir.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz