UEFA Çempionlar Liqasının növbəti - 5-ci turunda “Qarabağ”ın rəqibi olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandanın hazırkı vəziyyəti və daxili ab-havası barədə danışıb. O, bu açıqlamanı istefaya göndəriləcəyi barədə söz-söhbətlərin fonunda verib.
QOL.az-ın xəbərinə görə, 56 yaşlı mütəxəssis “La Gazzetta dello Sport” qəzetinə bildirib ki, əgər ardıcıl beş oyun uduzursansa, deməli, nəsə düzgün getmir:
“Dəyişikliklər etmək lazımdır. Mən sadəcə olaraq komandanın tənəzzülünü kənardan izləmək fikrində deyiləm. Lazım gələrsə, məsuliyyəti birinci olaraq öz üzərimə götürəcəyəm”.
O etiraf edib ki, hazırda komanda daxilində birlik hiss etmir: “Hər kəs yalnız öz problemlərinə fokuslanıb. Heç kimə “ürək köçürməsi” etmək mümkün deyil. Hər kəsin öz içində ruhu, qəzəbi və mübarizə istəyini tapması lazımdır. Burada təkcə iş görmək deyil, onu necə etdiyin də vacibdir. Minimumu yerinə yetirməklə klubu böyük ambisiyalarla oynamaq arasında böyük fərq var.
Hazırda hər kəs yalnız öz “bağçasına” baxır. Mən əvvəllər də bu cür vəziyyətlə qarşılaşmışam, ona görə bu məsələni klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə etməyi planlaşdırıram”.
İtaliya çempionatında 11 turdan sonra “Napoli” 22 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və liderlər “İnter” və “Roma”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 4 oyundan 4 xalla 24-cü yerdədir.
“Napoli” - “Qarabağ” matçı noyabrın 25-i, Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlanacaq.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat