İstanbulun "Fənərbaxça" klubunun prezidenti Ali Koç “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında “Benfika” üzərindəki qələbəyə (3:2) görə təbrik edib.
QOL.az xəbər verir ki, o, bu haqda “TRT Spor”a müsahibəsində deyib. “Qarabağ”dakı dostumla danışdım, təbrik etdim. Könül bağımız olan klubdur. Onlara salam olsun” - deyə o qeyd edib.
Ali Koç bu məğlubiyyət səbəbindən “Fənərbaxça"nın sabiq baş məşqçisi Joze Mourinyonun “Benfika”ya eyni vəzifəyə gətiriləcəyi barədə xəbərlərə də münasibət bildirib. O, bu zaman portuqaliyalı mütəxəssisə atmacalı mesaj ünvanlayıb:
“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun "Benfika" ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Bundan nə qədər desən, hekayələr çıxarmaq olar (gülür). Mourinyo o qədər böyük adamdır ki, "Qarabağ"ın "Benfika"ya qalib gələcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü "Fənərbaxça"dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, "Benfika"ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr