“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin QOL.az saytına müsahibəsi
- Komandanız səfərdə “Neftçi” üzərində 1:0 hesablı qələbə qazandı. Görüşü necə şərh edərdiniz?
- Maraqlı və çətin oyun oldu. Belə görünür ki, bu mövsüm çempionatımız çox ağır keçəcək. Komandamız hələ tam hazır deyil. Bilirsiniz ki, bəzi oyunçular sonradan komandaya qoşulub. İndi milli komandanın oyunları ilə əlaqədar çempionatda fasilənin yaranması bizim üçün çox yaxşı oldu. Bundan səmərəli istifadə etməliyik. İnanıram ki, fasilədən sonra daha yaxşı, daha şən futbol oynayan “Turan Tovuz” görəcəyik.
- 3 oyuna 6 xal. Startı necə dəyərləndirirsiniz?
- Çox gözəl. Oyunların üçün də çətin idi. İlk turda “İmişli” ilə süni qazonda oynayırdıq. “Araz-Naxçıvan” və “Neftçi” də iddialı və güclü komandalardır. Odur ki, ilk 3 turdakı nəticə bizi razı salır.
- Transfer pəncərəsi hələ bitməyib. Güclənməyi düşünürsünüz?
- Axtarışlarımız davam edir. Mümkün olsa 3, minimum isə 2 transfer reallaşdırmağı planlaşdırırıq Hazırda çətin mərhələdəyik. Lakin danışıqlarımız gedir.
- Komandanın qarşısına çempionluq hədəfi qoymağınız bir qədər gözlənilməz oldu...
- Birinci növbədə futbolçular, daha sonra isə azarkeşlərimiz buna hazır olmalıdır. Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm. Ona görə də komandanın qarşısına çempionluq hədəfi qoymaq istədim. Bu potensialı görürəm, komandaya inanıram. Çempionluq deyəndə çempioluğa oynamaq, son turlara qədər iddialı mövqedə olmaq nəzərdə tutulur. Başa düşürəm, çətindir, lakin yenə deyirəm, mən komandama güvənirəm. Oyunçuları və azarkeşləri də yavaş-yavaş buna inandırmaq istəyirik.
- Bu, komanda üzərində basqı yaratmayacaq?
- Yox, yaratmaz. Gedəcəyi yolu bilən insana dağlar çəkilib yol verər. Ona görə də mütləq gedəcəyin ünvan bilinməlidir. Oyunçular da artıq bunun hiss edirlər.
- Çempionluq maksimum hədəfdir. Yəqin ki, minimum hədəf də avrokuboklara vəsiqə olar. Elədir?
- Bu dəqiqə maksimumu istəyirik. Minimum barədə düşünmürük.
- Tovuz stadionunda son vəziyyət necədir?
- Yaxşıdır. Hər şey plana uyğun getsə, oktyabrın ikinci yarısında işlər yekunlaşmalıdır.
- “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı. Buna münasibətiniz?
- “Qarabağ” bizim fəxrimizdir. Azərbaycanı Avropada layiqincə təmsil edir. Uğurlar arzu edirik. Ümidliyəm, inanıram ki, Liqa mərhələsində də bizləri sevindirəcəklər.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video