"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Gərgin oyun olacağı bilinirdi. "Sumqayıt" çempionata çox yaxşı başlayıb. Bilirdik ki, onlar "Qarabağ"a qalib gələndən sonra çox inamlıdırlar. Biz də xal qazanmaq istəyirdik. Real epizodlar yalnız zərbələrlə olurdu. Öz qapımıza qol vurandan sonra futbolçuların reaksiya verməsi məni sevindirdi. Hesab 1:1 olandan sonra ən real epizodlar bizdə oldu. Hər iki komanda 1 xala layiq idi. Milli komandaların oyunlarına görə fasilə olacaq. Daha yaxşı olmalıyıq. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq.
- Qarşıda U-21 millisinin rəsmi oyunları gəlir. Komandanı hazırlamaq çətin deyil?
- Millidə tək deyiləm. Köməkçilərimlə birlikdə çalışırıq. Portuqaliya və Bolqarıstan millilərini təhlil etmişik. Özümüz üçün də bir yenilikdir. Amma böyük təcrübədir. Ümid edirəm ki, üzüağ çıxarıq.
- İki hücumçuya keçəndən sonra qol epizodları yaratdınız. Qarşıdakı matçlarda bundan istifadə edəcəksiniz?
- İki hücumçu ilə oynamağı sevirəm. Yoxlama oyunlarında da bunu sınamışıq. Belə gedişlər olacaq.
- Edqar Adilxanov bu gün qol vurdu. Bu, onun əvvəlki formasına qayıtmasına təkan olacaq?
- "Sabah"la matçda ondan razı qalmışdım. Gənc oyunçularda stabillik həmişə olmur. Hər şey nəzarətimizdədir. Edqarın böyük potensialı var. Onun gələcəkdə daha yaxşı olacağına inanırıq. (sportal.az)
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video