"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Ferensvaroş" üzərində qələbəsi (3:1) Türkiyə mediasının da gündəminə düşüb.
QOL.az xəbər verir ki, ölkənin ən populyar kanallarından "TRT Spor"da yayımlanan "Spor Manşet" proqramında Ağdam təmsilçisinin zəfəri haqda danışılıb. Verilişdə Erman Gönülşen və Tayfun Bayındır Qurban Qurbanovun komandası barədə xoş sözlər səsləndiriblər:
"Qarabağ" çox vacib bir üstünlük əldə etdi. Bakıdakı cavab oyununda bu fürsəti qaçırmayacaqlarını düşünürəm. "Qarabağ" dedikdə həyəcanlanırıq. Çünki öz ölkəmizin bir komandası kimi göürük. Mükəmməldirlər.
Türkiyə Superliqasının vəziyyəti klublarımızın Avropada yaxşı nəticələr qazanmağına mane olur kimi fikirlər var idi. "Qarabağ" Azərbaycan çempionatında oynayır. Azərbaycan Premyer Liqasının yüksək səviyyədə olduğunu deyə bilmərik. Amma "Qarabağ" 2 il əvvəl Avropa Liqasında 1/8 finala çıxdı, son anda "Bayer"ə uduzdu. O "Bayer" ki, həmin vaxt əla durumda idi. Almaniyada çempion oldu, Avropa Liqasının finalında isə "Atalanta"ya uduzdu.
"Qarabağ" ibrət olmalıdır. Baxın, görün, nə qədər legionerləri var, nə qədər pul xərcləyiblər, klubun akademiyası necədir, necə qurulub?! O qədər böyük fərqlər var ki... Bu, "Qarabağ"ın prezidenti Tahir Gözelin illərlə sərf etdiyi əməyin nəticəsidir. Onların futbol fəlsəfəsi öz işini görüb. Məncə, həddini bilmək belə bir şeydir.
"Qarabağ" böyük ehtimalla, bu il Çempionlar Liqasının Liqa mərhələsində oynayacaq. Bizi Azərbaycandan izləyən çox insan var. Onları da salamlayırıq".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib