AZAL klubunun baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- İlk öncə mayın 24-də keçirilən Azərbaycan kubokunun finalında qarşılaşan “Xəzər Lənkəran” - “İnter” matçından başlayaq. Yəqin ki, oyunu izləmisiniz...
- Bəli, dünən bu matçı mən də canlı olaraq seyr edirdim. Əvvəlcədən hər iki komandanın ehtiyyatlı oynayacağını düşünürdüm. Belə də oldu. Ən əsası da bu oyunda “İnter”in taleyi həll olunurdu. Baxmayaraq ki, hesab əlavə vaxtda açıldı, ancaq yenə də cənub təmsilçisi əzmkar qələbə qazandı. Düzdü, penalti lotereya oyununa bənzəyir. Ancaq yenə də kimin güclü olduğu oyunun sonunda bilindi. Dünən deyirdilər ki, Kamran Ağayev AZAL-ı Avroliqaya apardı. Mən isə belə deməzdim. “Altılığ”da olan hər bir komanda Avropada oynamağa layiq idi. Əsas odur ki, dünən maraqlı və gərgin mübarizə izlədik. “Xəzər Lənkəran”ı təbrik edirəm.
- Dünən matçdan sonra sizin baş məşqçi postunuzdakı fəaliyyətinizə də aydınlıq gələcəkdi. Komandanı bu yerə gətirən məşqçi ilə işbirliyi davam etməlidi, yoxsa əksinə?
- Bu gün AZAL rəhbərliyi ilə kiçik söhbətim olub. Orda klubun gələcək planlarını da müzakirə etmişik. İndiyə kimi komanda müəyyən qədər “adaptasiya” dövrü keçib. Bilirsiz ki, komandalar üçün bu çox önəmlidi. Əgər bu yerə gəlib çıxmışıqsa bundan sonrakı fəaliyyətimiz də səmərəli olar. Rəhbərliklə görüşdə də hiss etdim ki, onlar mənimlə işləməkdə maraqlıdır. Ancaq bu haqda qəti qərar gələn həftə içində keçirilən klubdaxili toplantıdan sonra veriləcək. Həmçinin o görüşdə Avroliqaya hazırlığımızın nə vaxt və harada baş tutacağına aydınlıq gələcək. Digər komandalarımız kimi biz də ölkəmizi Avroliqa yarışlarında layiqli şəkildə təmsil etmək istəyirik.
- “İnter”lə kubok matçından sonra bildirmişdiz ki, bəzi oyunçularım oynamaq istəmir. Sanki çamadanlarını yığıb getməyə hazırlaşırlar. Necə düşünürsüz, bu gedişat yenə də davam edir?
- Düzdü, çempionatda, xüsusən də Premyer Liqanın sonlarına yaxın bəzi futbolçular həvəssiz oynayırdılar, elə bil onların fikirləri başqa yerdə idi. Ancaq bilməlidirlər ki, AZAL onlara məvacib ödəyir. Buna görə meydana çıxıb futbol oynamaqları daha vacibdi. Bəlkə bu cür işlər kimlərinsə maraq dairəsindədi. Bununla onlar komandada ruh düşgünlüyü yaratmaq istəyirlər. Son turda “Qarabağ”a qalib gəlməyimiz komandada müəyyən motivasiya yaradıb. Ümid edirəm ki, mötəbər turnir öncəsi bu daha da güclənəcək. Çempionatin təsnifat mərhələsində bəzi mütəxəssislər və jurnalistlər bizi “altılıq”da görmürdü. Həm də digər iddialı komandalara nisbətdə bizim büdcəmiz də elə də böyük deyildi. Buna rəğmən, ayağımızı yorğanımıza görə uzatdıq və öz gücümüzü ortaya qoyaraq bu yerə gəlib çıxdıq.
- Razılaşın ki, mütəxəssislər “İnter”i avroliqada daha şanslı görürdülər.
- “İnter”lə bizim bu turnirdə çıxış etmək baxımından təcrübəmizə baxsaq, AZAL da “Olimpik” adlanan vaxtı analoji turnirdə çıxış etmək şansı qazanmışdı. Baxmayaraq ki, mərhələ adlaya bilməmişdi, ancaq yenə də ölkəmizi təmsil etmiş komandalardan olub. Yəni, bu, komandamızın Avropadakı ilk çıxışı olmayacaq. Birdə ki, hər şey keçmişlə yox, bugünlə ölçülür. Bu baxımdan hər şeyin vaxtını gözləmək lazımdı. Matçın nəticəsi oyundan sonra bilinir. İkincisi də qarşıya məqsəd qoyulandan sonra bu haqda danışmaq olar. Bu mövsüm rəhbərlik mənim qarşıma qitəmiqsaylı turnirə vəsiqə qazanmaq vəzifəsi qoymuşdu ki, bunu da bacardım. Qalır bundan sonra komandanı Avroliqada uğurlu çıxışa hazırlamaq ki, indi ancaq bu haqda düşünürəm.
- Komandadan hansı oyunçular gedəcək?
- Artıq mövsümün sonlarına yaxın Draqan Mandiç, Eleandro Pema, Qvidas Yuşka, Mirko Bunyev ilə yollarımız ayrılmaq ərəfəsindədi. Yəqin ki, onların gedişi yaxın günlərdə rəsmiləşəcək. Nuqzar Kvirtiyanın müqaviləsi mayda bitir. Buna görə də onunla danışıqlar masasına oturacağıq. İkitərəfli razılıq olarsa, müqaviləni uzadacıq. Yerlilərdən Tərlan Xəlilov, Elvin Əliyev və Ruslan Poladov da düşərgəmizi tərk etmək istəyir. Onlarla hansı klubun maraqlandığı haqda məlumatım yoxdu. Ancaq getməkdə israrlıdırlar.
- Təsdiqlənməyən məlumata görə, mərakeşli legioner Zohair Benuoahi ilə “Xəzər Lənkəran” və “Qarabağ” maraqlanır.
- Bilirsiz Zohairə kim çox pul versə, o da həmin klubu seçəcək. Bu haqda konkret məlumatım yoxdu. Ancaq onun ürəyi komandamızda deyilsə, bizə lazım deyil. Azərbaycana gələndə heç kim onu tanımırdı. AZAL ona lazımı şərait yaratdı ki, özünü göstərsin. Bundan sonra pul dalınca qaçacaqsa, yolu açıq olsun.
- Yay fasiləsində komandanızdan xeyli oyunçu gedəcək. Belədə transfer çalışmaları gündəmə gəlir. İndidən bu yöndə iş gedirmi?
- Hazırda komandaya legioner futbolçuların cəlb olunması yönündə çalışmalara başlamışıq. Təbii ki, bir xeyli oyunçunun AZAL-dan gedişi fonunda bu işlərin indidən başlanması mütləqdi. İndidən konkret ad açıqlaya bilmərəm. Ancaq onu deyə bilərəm ki, maraq dairəmizə düşən oyunçular Çernoqoriya, Bosniya və Hersoqovina, Serbiya, Boliviya, Kosta-Rika, Makedoniya kimi ölkələrdəndir. Klubdan gedənlərin taleyinə aydınlıq gələndən sonra biz də onların yerini daha güclü oyunçularla dolduracağıq. Bütün bunlara əvvəldə qeyd etdiyim kimi, gələn həftə keçirəcəyimiz toplantıdan sonra aydınlıq gələcək.
Qeyd edim ki, maraq dairəmizdə olan futbolçular sırasında Boliviya və Kosta-Rikadan olanlar məni daha çox razı salır. Yaxın vaxtlarda həmin oyunçuların adını da açıqlayacağıq.
Ronaldo titulsuz qaldı
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi