AFFA İcraiyyə Komitəsinin 03.02.2025-ci il tarixli qərarına əsasən, 2025/2026-cı illər mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq edilir.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.
Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.
2 ay Mbappe, 2 ay Yamal
"Neftçi" Çempionlar Liqası klubunu belə məğlub etdi - Video
"Çelsi"yə ittiham irəli sürüldü
Xabi Alonso Qvardiolanı əvəz edə bilər
Ştegen "Barselona"dan ayrılır
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu
Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi
"Fiorentina" müdafiə xəttini gücləndirdi
125 il əvvəlki formada meydana çıxacaqlar
Rafinya "Barselona" tarixində ilk 50-liyə düşdü
Cənubi Amerikada ən bahalı transfer gerçəkləşir
"Neftçi" "Kayrat"a böyük hesabla qalib gəldi
"Bu cür matçlarda nəticə vacib deyil" - Saşa İliç
"Kəpəz"in legionerinin qolu liqanın ən yaxşısı seçildi
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
“Qalatasaray” - “Fənərbaxça” derbisinin vaxtı dəyişdirildi
AFFA 3 komandanın şikayətini təmin etdi
"Neftçi" TV-nin lisenziyası ləğv edildi
Artetadan azarkeşlərə müraciət
"Difai" onunla da vidalaşdı
"Qəbələ"də ayrılıq
Dünyada şübhəli oyunların sayı kəskin artıb
Keyn Bundesliqada ən yaxşı seçildi
"Arsenal"ın futbolçusu üzr istədi
“Mançester Siti” 70 milyonluq yeni transferi açıqladı