“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünən “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Çempionat öncəsi son yoxlama oyununu keçirdiniz. Komandanızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Bizim üçün mövsüm avrokuboklarla başladı. Nə dərəcədə hazır olduğumuzu görürük. Siz də kənardan bunu müşahidə edirsiniz. Düşünürəm ki, komandamız çempionata hazırdır. Yeganə problem odur ki, çoxsaylı zədəlilərimiz, itkilərimiz var. “Şamaxı” ilə oyunda iki futbolçumuz da zədələndi. Bu, çox məyusedici oldu. İlk oyunumuza hələ 9 gün var. Avqustun 18-də “Araz-Naxçıvan”la qarşılaşacağıq. Rəqib favoritlərdən biridir. Buna görə ciddi hazırlaşacağıq. Könül istərdi ki, fərqli rəqiblə qarşılaşaq.
- Hücumçu mövqeyinə yeni transfer nəzərdə tutulub?
- Xeyr, nəzərdə tutulmayıb.
- “Şamaxı” ilə matçda zədələnənlərin son durumu necədir?
- Abdul Batibienin zədələnməsi bizi çox üzdü. Sabahkı (bugünkü - red.) müayinədən sonra durumu bilinəcək. Elçin Əlicanov yeganə sağlam stoperimiz idi, o da zədələndi.
- Bəs köhnə zədəlilər çempionatın startına qədər hazır olacaqlar?
- İssa Cibrila zədəli-zədəli “Hayduk”la oyunu davam etdirdi. Çünki əvəzetməmiz yox idi. Till və Konatenin zədələri hələ ki davam edir. Eləcə də Ruan Renatonun 2 gün əvvəl məşqdə burnu qırıldı, gözlənilməz bir zədə oldu.
- Ruan əməliyyat olunacaq?
- Yox, gips qoyublar. Bir müddət məşqlərdən kənarda qalacaq.
- Mətbuatda “Zirə”də maliyyə problemi olduğu barədə xəbərlər yayılıb. Bildirilir ki, buna görə istədiyiniz transferləri reallaşdırmaqda çətinlik çəkirsiniz. Bu, nə dərəcədə doğrudur?
- Ümumiyyətlə, bizim futbol ictimaiyyətində yerli-yersiz müzakirələr aparılır. Bu oyunçu niyə alınmadı? Daha yaxşı transfer oluna bilərdi və s. Biz bütün klublarımızı yaxşı tanıyırıq. Hamısının da strategiyasını bilirik. Bizim də öz strategiyamız var və eyni strategiyanı davam etdiririk, eyni seleksiyadır, eyni səviyyəli futbolçulardır. Bu il də hansı mövqelərə futbolçu lazım idisə, transfer etmişik. Əvvəl imkanlarımız necə idisə, indi də eynidir. Sadəcə heç kim əvvəl buna diqqət yetirmirdi, yaxud fikir vermirdi. Biz əvvəl də daha çox özümüzdən geridə olan klublardan oyunçu almışıq. Xatırlamıram ki, iddialı komandadan hansısa iddialı futbolçu transfer edək. Dediyim kimi, eyni strategiyanı davam etdiririk. Dəyişən bir şey yoxdur. Hər hansı xüsusi problem mövcud deyil.
- Razısınız ki, son iki mövsümdə gümüş medal qazanan “Zirə”nin bu dəfə də eyni nəticəni təkrarlaması çətin olacaq?
- İki il əvvəl də çətin idi. Keçən mövsümün əvvəlində də kimsə bizim ikinci olacağımızı proqnozlaşdırmırdı. Yenə də ola bilsin bizə inam azdır. Vacib olan komandanın hazırlığıdır, yarış boyu göstərəcəyi performansdır. Daha çox öz haqqımızda düşünürük, nəinki rəqiblər. Bu mövsüm təkcə ikinci yer yox, altılığa düşmək belə çətin olacaq. Çünki bütün komandalar iddialıdır - “Neftçi”, “Sabah”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sumqayıt”. Görürük ki, “Şamaxı” bu gün necə gözəl çıxış edir. Hər oyun gərgin mübarizə şəraitində keçəcək. Proqnoz vermək çətindir. Yeganə narahatlıq doğuran məsələ meydançalardır. Biz də gündəmi, mətbuatı izləyirik. Bilirik ki, meydança baxımından müəyyən problemlər var. Çempionatın keyfiyyətinə və gedişatına təsir edən meydançalar olacaq.
- Siz daha əvvəl də süni meydançalarla bağlı narahatlığınızı ifadə etmisiniz. İndi isə məlum olur ki, yeni mövsümdə süni meydançadakı oyunların sayı azalmaq əvəzinə daha da artır...
- Elədir. Yeni gələn iki komanda da süni qazonda oynayacaq. Açığı, bu məqam bizi çox narahat edir. Hansısa klubların öz meydançasında oynamaması bir yana, digər məsələlər də var. Məsələn, elə komanda var ki, bəzi rəqiblərlə səfərə oyununa getməyəcək. Biz isə iki dəfə gedəcəyik. Xüsusən də Gəncə və Tovuza 4 dəfə gedəcəyik. Halbuki elə komanda var ki, ora yollanmayacaq. Bunun rəqabətə çox təsiri olacaq. Hamımız bilirik ki, Gəncə və Tovuz səfərləri necə çətindir. Bəzi komandalar isə ora səfərə getməyəcək.
- Namik Ələskərovun transferini necə dəyərləndirirsiniz?
- Namik iki ay məşqlərdən kənar qalıb, zamana ehtiyacı var. Hələ ki fərdi məşq edir. Yəqin ki, gələn həftə kollektiv çalışmalara qatılacaq. Lakin meydana çıxması üçün hələ tezdir. Yəqin ki, 3 turdan sonra, milli komandaların oyunlarına görə çempionatda yaranacaq fasilədən sonra hazır olacaq.
- Rafael Utziqlə bağlı yenilik var?
- Xeyr, daha əvvəl də demişdim, Rafael hazırlığa gec qoşulduğu üçün cərimələnib. Eyni zamanda 4 həftəlik əvəzedici heyətə göndərilib. Hər hansı bir dəyişiklik yoxdur.
PSJ yeni qapıçısını rəsmən açıqladı
"Şamaxı" "Zirə"yə qalib gəldi
"Valensiya" öz yetirməsi ilə bağlı qərar verdi
"Milan"dan "Nyukasl"a
"Roma" "Everton"a qalib gəldi
"Əl-Nəsr" "Bavariya"ya təklif göndərdi
“Qarabağ” klubu üçün ən vacib olan Qurban Qurbanovun fikridir” - Emrah Çelikel ilə söhbət
Ayxan Abbasovun köməkçisi "Betis"in düşərgəsində - Şəkillər
Slot: "Frimponq Salahın yerində oynaya bilər"
"Mançester Yunayted" daha bir neçə transfer etmək istəyir
"Qarabağ"dan ayrılmağa yaxındır
Slot "Liverpul"un transfer siyasəti haqda
Netonun yeni klubu məlum oldu
Levandovski 3 oyunu buraxacaq
"Mançester Yunayted" Şeşkonu təqdim etdi
AFFA və PFL-dən Premyer Liqa klubu ilə bağlı vacib qərar
Misli Premyer Liqasında 1-ci turun oyun proqramı açıqlandı
"Çelsi" bu futbolçusunu satdı
"Real"dan getdi
PSJ Donnarummanı satır
"Barselona" Ter Ştegenə kapitanlıq sarğısını qaytardı
"Real"da yeni müqavilə
BOS-dan məşq meydançası olmayan klublara müjdəli xəbər
"Beşiktaş" yeni transferi açıqladı
"Beşiktaş"ın futbolçusu Serbiya klubunda
"Qarabağ"ın rəqibi mövsümə darmadağınla başladı
"Barselona"dan Levandovski açıqlaması
"Araz-Naxçıvan"dan ayrılan futbolçu "Səbail"də
"İmişli" "Sumqayıt"ın əvəzediciləri ilə bacarmadı
"Qəbələ"nin yeni transferi nələrdən danışdı?
Duşan Tadiç bu kluba keçdi - Rəsmi
“Zirə” - “Şamaxı” matçının yeri və saatı dəyişdirildi
Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı
"İmişli"dən növbəti transfer - Rəsmi
Sabiq “Şamaxı”lı Finlandiya klubunda