“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov UEFA Konfrans Liqasındakı mübarizələri ilə bağlı danışıb.
O, QOL.az-a açıqlamasında əvvəlcə 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Yunanıstanda “Aris”lə keçirilən oyundan (2:2) və komandanın avrokuboklarda uğurlu debüt etməsi ilə bağlı fikirlərini bölüşüb:
“Həqiqətən turu keçmək, qələbələr gözəldir. Amma belə bir azarkeşlərin içində üstün olmaq lap möhtəşəmdir. Tribunaya Ermənistan bayrağı da gətirmişdilər. Oyun başlayanda da, bitəndə də bizə söyürdülər. Belə bir atmosferdə üstün olub mərhələ keçmək həqiqətən möhtəşəmdir. Heç nəyə fikir vermədik. Komanda kimi yığıldıq, dedik ki, heç bir təxribata getmək lazım deyil. Əsas odur ki, istədiyimizə nail olduq. Bu tək bizim yox, bütün Azərbaycan xalqının qələbəsidir. “Aris” çox yaxşı komandadır, güclü, keyfiyyətli futbolçuları var. Amma biz daha yaxşı oynadıq. Şükürlər olsun ki, ilk mərhələni keçdik. Bəli, böyük qələbədir. Çünki avrokuboklarda debüt ilidir. İki ildir yüksək liqada çıxış edirik. UEFA-da buna inanmırlar”.
Ə.İsmayılov oyundan sonra komandalar arasında yaşanan insidentlə bağlı isə bunları deyib: “Uduzmağı qəbul etmirdilər. Biz də komandanı başa saldıq ki, belə şeylər olacaq, fikir vermək lazım deyil. Futbolçuları yığıb paltardəyişmə otağına yollandıq. Əslində Yunanıstan klubu ilə oyunda belə təxribatın olması gözlənilən idi. Amma biz də öz oyunumuzla sübut etdik ki, güclüyük”.

Baş məşqçi Elmar Baxşıyevin köməkçisi 3-cü təsnifat mərhələsindəki rəqibləri olan Kipr “Omoniya”sı ilə bağlı da danışıb” “İndi növbəti turu fikirləşməliyik. Bu gün Bakıya qayıdacağıq və sabahdan “Omoniya” ilə oyuna hazırlaşacağıq. Düzdür, itkilərimiz çox olacaq. Cəzalı duruma düşən 3 futbolçumuz var. Onu fikirləşirik ki, necə edəcəyik. İlk oyun Bakıdadır. Azarkeşlərdən dəstək gözləyirəm. Stadionu doldursalar, yaxşı olar. Biz də əlimizdən gələni edəcəyik ki, onları sevindirək, mərhələ adlayaq. Bilirik ki, “Omoniya” çox güclüdür. Əvvəlki illərdə bizim klubları mübarizədən kənarlaşdırıblar. Bunları dərk edirik. Bilirik ki, xalqımız da bizdən yaxşı nəticələr gözləyir”.
“Araz-Naxçıvan”ın məhdud büdcə ilə inamlı çıxış etdiyini deyən Azərbaycan millisinin sabiq üzvü çətin şəraitdə də uğur qazanmağın mümkün olduğunu bildirib: “Büdcə əslində çox önəmlidir. Amma futbol elə inkişaf edib ki, hamı oynamağı bacarır. Transferləri düzgün etməlisən. Baş məşqçi komandanı oyuna düzgün hazırlaşdırmalıdır. Biz də o komandalardanıq. Çoxları inanmırdı ki, biz “Aris”i keçərik. Çünki tarixi olan, çox güclü klubdur. Amma seçimləri düz edəndə uğur qazanmaq da olur. Getdikcə daha yaxşı çıxış edəcəyik”.
Ramiq Ağaməmmədov
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?