İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Niderland millisinin DÇ-2026-nın 1/16 finalında Mərakeşə uduzmasından sonra komandanın baş məşqçisi Ronald Kumanı sərt tənqid edib.
QOL.az xəbər verir ki, hazırda "Fox TV"də ekspert kimi çalışan keçmiş hücumçu məğlubiyyətə görə əsas məsuliyyətin Kumanın üzərində olduğunu bildirib.
"Bu məğlubiyyət Kumanın günahıdır. Söhbət nəticədən də getmir, Niderland futbolunun kimliyinin itirilməsindən gedir. Kumanın öz baxışı var idi, amma bu, komandanın ruhuna uyğun gəlmirdi. Məni ən çox narahat edən də elə budur. Məğlub olmaq mümkündür, amma öz stilinə sadiq qalmaq vacibdir. Özün olmalısan. Oyunçular topa güclə sahib olurdular və təhlükəli hücum şansları yaratmırdılar. Bu, acınacaqlı bir performans idi. İnanıram ki, buna görə məşqçi məsuliyyət daşıyır" - deyə Zlatan bildirib.
Xatırladaq ki, Niderland yığması dünya çempionatının 1/16 final mərhələsində Mərakeşlə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Ronald Kuman isə oyundan sonra seçdiyi taktikanı müdafiə edərək, bunun rəqibin güclü tərəflərini nəzərə alan qərar olduğunu bildirib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı