ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mallin İran millisinin DÇ-2026-da qrup mərhələsini keçə bilməməsi ilə bağlı diqqətçəkən açıqlama verib.
QOL.az xəbər verir ki, o, bu barədə "The Athletic"ə danışıb. Ölkə rəsmisi İranın mübarizəni dayandırmasına görə sevindiyini deyib:
“Mən onların turnirdən kənarda qalmasına və bir daha geri qayıtmayacaqlarına sevindim. Vizalarını ləğv edib ABŞ ərazisini tərk edə biləcəklərini öyrəndiyimiz zaman çox xoşbəxt idim. Hətta sevincimdən bir-iki mahnı oxudum, rəqs də etdim”.
O əlavə edib ki, İran yığması turnir ərzində ABŞ rəsmilərinin ən çox məşğul olduğu komandaya çevrilmişdi.
İran Futbol Federasiyası isə bu sözlərə görə ABŞ-ı qınayıb. Qurumun yaydığı açıqlamada bildirilib:
"İranlılar bu cür düşmənçilik ifadələrindən təəccüblənmirlər - ölkə sakinləri uzun müddətdir ki, Amerika rəsmilərinin yersiz münasibətləri və yalan ifadələri ilə qarşılaşırlar. Bu cür şərhlər bir daha ABŞ rəsmilərinin beynəlxalq qanunlara əməl etmədiyini və böyük beynəlxalq turnirin ev sahibi ölkəsindən gözlənilən standartlara cavab vermədiyini nümayiş etdirir".
Qeyd edək ki, İran millisi DÇ-2026-nın G qrupunu 3 oyundan topladığı 3 xalla 3-cü pillədə başa vuraraq pley-offa yüksələ bilməyib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı