Azərbaycan milli komandasının futbolçusu, bir müddət öncə “Qəbələ” klubu ilə müqavilə bağlayan Mahir Şükürov özünə yeni avtomobil alıb.
Lent.az-ın məlumatına görə, Şükürov bu yaxınlarda Avropa turnesində olduğu vaxt Almaniyaya səfər edərək kataloqla “Mercedes” markalı “S500” model avtomobil sifariş edib.
Xüsusi sifarişlə istehsal olunan avtomobil hazırda satışda yoxdur. Həmin avtomobil 2012-ci ildən satışa çıxarılacaq. Maşının qiyməti 150 min dollardır. Gömrük xərcləri ilə birgə “Mercedes S500” Şükürova 200 min dollara başa gəlib. Artıq avtomobil 29 yaşlı müdafiəçinin yaşadığı Sumqayıt şəhərindədir. Futbolçu, necə deyərlər, avtomobilinə yaraşan dövlət nömrə nişanı da seçib: “50 CB 500”.
Bununla da Şükürov azərbaycanlı futbolçular arasında ən bahalı avtomobil sahibinə çevrilib. O, yeni maşını ilə Bakıya ilk dəfə mayın 24-də səfər edəcək. Həmin gün müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “İnter” - “Xəzər Lənkəran” matçını izləyəcək.
Qeyd edək ki, əvvəllər ən bahalı avtomobil “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevdə (BMW X5 2011) və “Neftçi”nin kapitanı Rail Məlikovda (Mercedes GL 550) olub.
Yuxarı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı