Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Toral Bayramov Belçika komandasının maraq dairəsinə düşüb. Söhbət 10 dəfə bu ölkənin çempionu olmuş tanınmış “Standard” (Lyej) klubundan gedir.
QOL.az xəbər verir ki, Belçikanın Voetbalprimeur.be saytı dərc etdiyi yazıda bu məsələyə ətraflı toxunub. Qeyd edilir ki, “Standard” azərbaycanlı futbolçu üçün təklif verməyə hazırlaşır. Lyej təmsilçisi son mövsümü Belçika yüksək liqasında 7-ci yerdə başa vurub.
Yazıda bildirildiyinə görə, “Standard” bu yay böyük bir dəyişiklik etmək istəyir ki, yenidən yüksək pillələrə doğru qalxa bilsin.
Qeyd edilir ki, bunun üçün klub dünyanın hər yerində, o cümlədən Azərbaycanda mümkün gücləndirmələr axtarır.
Yazıda həmçinin bu qeydlər var: “Toral Bayramovun tərcümeyi-halında olan bəzi məqamlar isə görünür, Lyej klubunu inandırıb.
24 yaşlı Toral Bayramov çox az belçikalı futbol azarkeşi üçün tanış ad ola bilər. Amma o, doğma vətənində kifayət qədər tanınmış futbolçudur. “Qarabağ” FK ilə artıq beş dəfə Azərbaycan çempionu olub. Bundan əlavə, iki dəfə ölkə kubokunu da qazanıb. Milli komandada isə 32 oyun keçirib.
Bayramov əsasən sol cinah müdafiəçisi kimi oynasa da, “Qarabağ”da sağ cinah müdafiəsində və hətta sağ hücumçu kimi də oynadılıb. Bu, onun qol vurmaq bacarığı ilə də bağlıdır. Belə ki, o, təkcə keçən mövsümdə 10 qol və 9 assistlə yadda qalıb. Həmin mövsümdə Qarabağ Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edib. Sonradan isə Avropa Liqasına düşüb və orada da sonradan kuboku qazanan “Tottenhem” Hotspur kimi komandaya qarşı mübarizə aparıb. Lakin Liqa mərhələsində 12 dəfə ölkə çempionu olan Qarabağ 36 komanda arasında sonuncu yerdə qərarlaşıb.
Bayramov karyerası ərzində "Qarabağ"da artıq 29 qol vurub, üstəlik 39 assist edib. Müdafiəçi üçün bu, çox ciddi göstəricilərdir. Milli komandada da 4 dəfə qol sevinci yaşayıb. “Standard” isə onda böyük potensial görür. Transfermarktın məlumatına görə, “qırmızılar” (De Rouches) onu artıq uzun müddətdir izləyir. Baxmayaraq ki, kluba yaxınlarda Mark Vilmots yeni idman direktoru təyin olunub, “Standard” bu yay Bayramov üçün rəsmi təklif göndərməyə hazırlaşır”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi