Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, Superliqa təmsilçisini Selçuk Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Eyüpspor"u bundan əvvəl Arda Turan çalışdırıb. Selçuk Şahin isə Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montellanın köməkçisi vəzifəsini yerinə yetirirdi.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video