“Çelsi” “İpsviç” klubunun hücumçusu Liam Delapın transferini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanan “İpsviç” Liam üçün 30 milyon funt-sterlinq alacaq.
Qeyd edək ki, ingiltərəli futbolçu başa çatan mövsümdə Premyer Liqada 37 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video