"İnter"dən ayrılan Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin olunub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
49 yaşlı məşqçinin Səudiyyə Ərəbistanında illik 25 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından "İnter"in baş məşqçisi idi. O, Milan təmsilçisində 1 dəfə A seriyasının, 2 dəfə İtaliya kubokunun, 3 dəfə isə İtaliya Superkubokunun qalibi olub. Həmçinin İnzaqi komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video