"Mançester Siti" heyətinə yeni oyunçu cəlb edir.
QOL.az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Milan"ın yarımmüdafiəçisi Ticani Reynderslə razılıq əldə olunub.
Niderlandlı futbolçu üçün "şəhərləlilər"in təxminən 70 milyon avro ödəyəcəyi bildirilib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı gözlənilir.
Reynders “Milan”da 2023-cü ildən çıxış edir. “AZ Alkmaar”dan transfer olunan 26 yaşlı yarımmüdafiəçi cari mövsüm vurduğu 10 qolla A seriyasında komandasının ən yaxşı bombardiridir.
Ümumilikdə isə bütün turnirlər nəzərə alınmaqla bu mövsüm Ticani Reynders 54 matçda 15 qol vurub, 5 dəfə məhsuldar ötürmə müəllifi olub.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video