Futboldan uzaqlaşdırılan ingiltərəli hakim Devid Kut özünə yeni peşə tapıb.
QOL.az "The Sun"a istinadən xəbər verir ki, o, hazırda kuryerlik edir.
Kut bir sıra insidentlərdən, o cümlədən "Liverpul"in keçmiş baş məşqçisi Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyi videosunun yayılmasından sonra cəzalandırılıb. O, ötən ilin noyabrında UEFA tərəfindən 18 aylıq diskfalifikasiya edilib.
Kutun həmçinin Avro-2024 zamanı qadağan olunmuş preparatlardan istifadə etməsi də sübut olunub.
İngilis hakim açıqlamasında yeni işi ilə bağlı bunları deyib: "Mən sadəcə olaraq irəliləmək istəyirəm. Məqsəd tapmaq və məsuliyyətli olmaq vacibdir. Bu iş mənə rahatlamağa kömək edir. Lakin mən bunu yeni karyera kimi görmürəm".
Qeyd edək ki, Kut Devid 2026-cı ilin yayına qədər hakimlikdən kənarlaşdırılıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video