“Çelsi” son mövsümdə komandada icarə əsasında çıxış edən Ceydon Sançonun transfer hüququnu almaqdan imtina edib.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Klublar öz aralarında razılığa gəlsə də, ingiltərəli futbolçunun şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Futbolçu sosial şəbəkə hesabında London klubunun azarkeşləri ilə vidalaşıb.
Hazırda Sançonun həm İngiltərədən, həm də Avropanın digər ölkələrindən təklifləri olduğu bildirilir.
Qeyd edək ki, Sanço 2024/25 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 31 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video