Simone İnzaqinin ayrılmasından sonra "İnter"in baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşib.
QOL.az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Milan klubunu çalışdırmağa iki əsas namizəd var.
Bunlar Sesk Fabreqas və Roberto de Zerbidir. Fabreqas hazırda A seriyası təmsilçisi "Komo"nu çalışdırır və klubla 2028-ci ilin yayına qədər müqaviləsi var.
"Marsel"in çalışdırıcısı De Zerbinin isə Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, "İnter" ötən gün Simone İnzaqi ilə yolları ayırdığını açıqlayıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video