"Komo" "Barselona"dan icarəyə götürdüyü Aleks Valyeni heyətində saxlayıb.
QOL.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi birdəfəlik transfer edilib.
İspaniyalı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. "Komo" Valye üçün "Barselona"ya 6 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.
Qeyd edək ki, "Komo" Aleks Valyeni bu ilin yanvar ayında icarəyə götürmüşdü. İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video