“Bilirsiniz ki, sentyabrda rəsmi oyunlar başlayacaq. Buna görə də bu, bizim son hazırlığımızdır. Bizim üçün önəmlidir”.
Bu sözləri QOL.az-ın Belarusa ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
A.Abbasov əvvəlcə toplanış və rəqiblərin seçimi ilə bağlı danışıb: “İstədik ki, yoxlama matçlarını həm səfərdə, həm də evdə keçirək. Çünki bizi seçmə mərhələdə səfərdə Portuqaliya, evdə Bolqarıstanla çətin oyunlar gözləyir. Futbolçularımızın 3 gündən bir və həm də uzun səfərdən sonra oyuna necə hazır olduğunu görmək lazımdır.
Rəqiblərimiz yaxşıdır. Belarus son iki yoxlama oyununda qalib gəlib. Məncə, yaxşı oyun gözlənilir. Hər iki rəqib reytinq baxımından bizdən üstündür. Belarus son olaraq Makedoniyanı 3:0, Türkiyəni 3:2 udub. Biz belə güclü rəqiblərə qarşı oynamalıyıq. Qrupuza baxsaq, daha güclü rəqiblərimiz var. Amma oynamalıyıq, çəkinməməliyik. Gələcəkdə inkişaf etmək istəyiriksə, bu rəqiblərə qarşı mübarizə aparmalıyıq”.
Baş məşqçi yoxlama oyunu olmasına baxmayaraq, nəticənin də onlar üçün önəmli olduğunu bildirib: “Kim desə ki, yoldaşlıq görüşüdür, qələbə qazanmaq istəmirəm, yalan olar. Düzdür, rəsmi oyunlardakı atmosfer olmur, dəyişiklik çox olur, amma bizim ilk gündən qarşımıza qoyduğumuz məqsəd var. Bunu Antalyadakı təlim-məşq toplanışında gördük. Əzmkar, istək istəyirik. Təki məğlubiyyətsizlik seriyasını davam etdirək”.
A.Abbasov heyətin daha çox gənc futbolçulardan ibarət olduğunu və komandada böyük istək hiss etdiyini əlavə edib: “Gənc oyunçulardır. Futbolçularımızın yarısından çoxu Premyer Liqada oyun təcrübəsindən əziyyət çəkənlərdir. Ona görə də inanıram ki, futbolçularımız belə oyunlar üçün alışıb yanır. Milli formanı geyinmək hər futbolçuya qismət olmur. U-21 elə bir yaşdır ki, A millisinin bir addımlığındadır. Ona görə də futbolçular bu məsuliyyəti dərk edir. İnanıram ki, yorğunluq yox, istək daha çox olacaq.
Məni sevindirən odur ki, daha gənc oyunçulara üstünlük veririk. Onlar bizim gələcəyimizdir. Futbolçuda istdedad varsa, ona bir qədər tez şans vermək lazımdır ki, qapılar üzünə açılsın. Yeni oyunçularımız yaxşı təsir bağışlayırlar. İnanıram ki, həyəcanı üzərlərindən ata biləcəklər”.
A.Abbasov millidə atmosferin yaxşı olduğunu da deyib: “Ab-hava pis deyil. Bakıda hazırlığa başladıq. İstəyirik ki, futbolçular bir-birinə uyğunlaşsınlar. Təcrübəli futobolçularımız da var ki, onlar da özlərindən gənclərə yol göstərirlər. Əsas odur ki, futbolçularımız geyindikləri formanın dəyərini bilsinlər, ona hörmət etsinlər və ən azı əzmkarlığı, bütün güclərini ortaya qoysunlar”.
Cavad Musayev
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"