Türkiyə Superliqasında sonuncu – 38-ci turun oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk gündə 3 qarşılaşma oynanılıb.
Çempion “Qalatasaray” mövsümü qələbə ilə başa vurub. “Sarı-qırmızılılar” “Başakşehir”i 2 cavabsız qolla üstələyib.
Səfərdə “Antalyaspor”un qonağı olan “Trabzonspor” da 3 xalı 2 qolla qazanıb.
“Göztəpə” də rəqib meydanında “Kasımpaşa”nı məğlub edib.
“Qalatasaray” - “Başakşehir” - 2:0
Qollar: Dries Mertens, 17-pen., Viktor Osihmen, 81
“Antalyaspor” - “Trabzonspor” - 0:2
Qollar: Aleksandr Zubkov, 55, Con Lundstram, 57
“Kasımpaşa” - “Göztəpə” - 1:2
Qollar: Ahmed Ildız, 33-pen., (0:1), Ben Ouanes, 47 (1:1), Viktor Hüqo, 90+2 (1:2)
Bu nəticələrdən sonra “Qalatasaray” mövsümü 95 xalla başa vurub. Məğlubiyyətə baxmayaraq, “Başakşehir” 54 xalla 5-ci, “Trabzonspor” 51 xalla 7-ci, “Göztəpə” 50 xalla 8-ci, “Kasımpaşa” 47 xalla 9-cu, “Antalyaspor” isə 44 xalla 14-cü yeri tutub.
Yamaldan növbəti rekord