"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyo ilə aralarında olan qalmaqaldan danışıb.
QOL.az xəbər verir ki, "Az öncə konuştum" verilişində qonaq olan mütəxəssis Türkiyə kubokunun yarpmfinalında "Fənərbaxça" ilə oyundan sonra həmkarının onun burnunu sıxmasına qarşılıq verməməsinə aydınlıq gətirib
"Əksinə reaksiya versəydim, ən azı 10 oyunluq cəza alacaqdım. Superliqada intizam cəzası olmayan yeganə məşqçiyəm. Yalnız derbidə əcnəbi hakimi bəyənmədiyim üçün 1 oyunluq cəza almışam. Orada nəsə etsəydim, Mourinyoya 3, mənə 13 oyunluq cəza verərdilər. Dedilər, məhkəməyə ver, amma ehtiyac bilmədim. Mourinyo çox önəmli bir mütəxəssisdir, əla keçmişi var. Amma hazırda burada etdiyi hərəkətlər karyerasından çox aşağı səviyyədədir. Bunu hamı qəbul etməlidir".

O.Buruk Mourinyonun "Qalatasaray"ın ünvanına işlətdiyi bəzi ifadələrin yolverilməz oludğunu da bildirib: "Mourinyo bütün ölkəni təhqir edir. Yəni bu gücü özündə tapır. Heç kim ona heç nə edə bilməz. O, mənə "meymun" deyirsə, mən də ona "Crying One" (Ağlayan biri) deyirəm. Çünki o, bütün mövsüm ağladı".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr