“Barselona”nın futbolçusu Lamin Yamal yeni mövsümdə forma nömrəsini dəyişəcək.
QOL.az xəbər verir ki, 17 yaşlı vinger 10 nömrəli formada çıxış edəcək. Bu barədə “Managing Barça” portalı məlumat yayıb.
Yamal 19 nömrəsini klubun əfsanələri Lionel Messi, Ronaldinyo və Dieqo Maradonanın əvvəllər oynadığı 10 nömrəyə dəyişəcək. 10 nömrə hazırda Ansu Fatiyə məxsusdur.
Yamalın yeni forma nömrəsini 18 yaşı tamam olanda, iyulun 13-də alacağı gözlənilir.
Həmçinin bildirilir ki, ispaniyalı futbolçu “Barselona” ilə 1 milyard avroluq satın alma maddəsi ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, bu mövsüm Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 54 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?