"Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolumuzu vursaydıq, qələbəni qeyd edə bilərdik. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 32-ci turunda "Araz-Naxçıvan"la 1:1 heç-heçə etdikləri oyundan sonra deyib.
O, görüşdən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Premyer Liqada qalmaq şansını Madi Ketanın son dəqiqələrdə əldən verdiyi qol epizodunu boşa verməklə əldən çıxdığını demək olar?
- Ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə olmasın? Biz onlara güvən verməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Biz ümidliyik. Sona qədər mübarizə aparacağıq.
- Qalib gəlsəydiniz, "Kəpəz"lə xal fərqiniz 5-ə enəcəkdi. Gəncə klubu ilə müqayisədə, son 4 turda sizi daha uyğun rəqiblərlə oyunlar gözləyir...
- Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda "Şamaxı" ilə oyunumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Bizə də hər oyuna çətindir. Fərqindəyik. Yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik.
- Demək olar ki, bu gün iki xal itirdiniz?
- Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi epizodu vursaydı, üç xal qazansaydıq, daha gözəl olardı.
- "Kəpəz"i qarşıda "Neftçi", "Qarabağ" və "Turan Tovuz"la ağır oyunları var. Sizdə isə qrafik bir qədər yumşaqdır. Bu sizə ruh yüksəkliyi gətirir?
- Dediyinizi biz də analiz edirik. Ümidimizi üzmürük. Futbolda hər şey mümkündür. Allah qoysa, bu durumdan çıxaq, ondan sonra başqa söhbətlər edək.
- "Zirə" ilə görüşdə son saniyələrdə qol buraxdınız, bu gün Rüfət Abdullazadənin tirdən qayıdan zərbələri var idi. Hətta vurduğunuz qol zamanı top da qapıya daxil olmaq istəmirdi. Sanki şanssızlıq yaşayırsınız?
- Biz ümidimizi üzmürük. Təki Allah bizə kömək olsun. Ən sonda qisməti verən Allahdır. Nəsibimizdə varsa, olacaq. (sportal.az)
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi