Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
QOL.az xəbər verir ki, əvvəlcə yarımfinalın cavab matçında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda 0:1 hesabı ilə uduzan "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 3 cavabsız qolla qalib gəlib və finala yüksəlib.
Digər oyunda isə "Neftçi" "Sabah"ın qonağı olub. "Neftçi"nin meydanında keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn "Sabah" bugünkü görüşdə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra finala yüksəlib.
Beləliklə, tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksələn "Sabah" həlledici görüşdə "Qarabağ"la qarşılaşacaq.
Qeyd edək ki, kubokun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
23 aprel (çərşənbə)
20:00. “Sabah” – “Neftçi” - 1:1
Qollar: Cesse Sekidika, 23 (1:0), Emin Mahmudov, 40 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
“Bank Respublika Arena”
İlk oyun - 2:1
17:00.“Qarabağ” – “Araz-Naxçıvan” - 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı