"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 28-ci turunda "Sabah"la 3:3 hesablı heç-heçə etdikləri matçı şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
- Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. "Sabah"a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik.
- 3 oyun, 8 qol... Qolsuz seriyadan sonra nəyi dəyişdiniz?
- Böyük dəyişiklik yoxdur. Sadəcə olaraq futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm.
- Mehdi Cənnətovun performansını necə dəyərləndirirsiniz?
- Bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik. (sportal.az)
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu