"Gərgin oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Ümumən düşünürəm ki, oyunçularım komanda şəklində yaxşı iş gördülər. Bugünkü oyun da qalib də gələ, uduza da bilərdik. Ona görə bu oyunda qazanılan 1 xal önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- Komandanız sanki meydana 1 xal üçün çıxmışdı.
- Siz hiss etməyə bilərsiniz, amma biz fərqli görürük. "Neftçi" də yaxşı təşkilatlanmış komandadır. Nə gözləyirsiniz, biz oynayaq, "Neftçi" baxsın? Qarşımızda rəqib var və onlar planlı şəkildə təzyiq göstərirlər. Ona görə də düşünürəm ki, bu gün hər iki komanda digərindən həm ehtiyat edir, həm də çəkinirdi.
- Milli komandanın oyunçusu olmusunuz. Həm də təcrübəli məşqçisiniz. Bir mütəxəssis kimi necə düşünürsünüz, liqamızın bugünkü oyun tempi millimizə xeyir verə bilər?
- Haradan hara adlayırıq. Millinin səviyyəsi ayrıdır, o, milli komandalar üçündür. Klublar üçün isə ayrıdır. Bugünkü oyundan danışırıqsa biz səfərdə oynayırdıq və fərqli futbolçulara fərqli tapşırıqlar verirdim. Bunları sizə deyə bilmərəm. Bilirdik ki, "Neftçi"yə qarşı oynayırıq. "Neftçi" turnir cədvəlində bizdən geridədir, onları rahat məğlub edəcəyik deyə bir şey yoxdur. Heyətimizdə itkilər var. İtkilər olanda hər bir xal önəmlidir. Düşünürəm ki, meydanda komanda var idi və mənim istədiyimi verirdi.
- Növbəti oyun kubokda "Qarabağ"a qarşıdır. Bu gün həmin oyuna görə ehtiyat edirdiniz ki, itkiləriniz az olsun? Daha çox diqqət kubok oyununa yönəlmişdi?
- Bizim qənaətli oynadığımızı düşünürsünüzsə, belə deyil. Komanda bu oyuna maksimum xal qazanmağa çıxmışdı. Sadəcə başa düşürük ki, üç gündən bir oyun dövrünə giririk. Heyətdə 4-5 futbolçunun olmaması müəyyən sıxıntılar yaradır. Əyyub Allaşa qaldıqda, qış fasiləsindən sonra ümumən zədəlilərin sayı çoxdur. Səbəbini bilirəm, amma açıqlamayacağam. Bizə aid olan məsələdir. Komandam bərkdir. Düşünürəm, həm kubokda, həm çempionatda iddialarını ortaya qoyacaqlar.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu