"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 28-ci turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Hücumlarda sonluğu qoymaqda çətinlik çəkirsiniz. Buna səbəb psixoloji problemlərdir?
- Düşünmürəm ki, psixoloji problemlər var. Görsənirdi ki, oyundakı üstünlük "Neftçi"də idi. Birinci hissədə fürsətlərimiz oldu. İkinci hissəyə çıxanda soyunub-geyinmə otağında rəqibin hücumlarının qarşısını almağı tapşırmışdıq. Uşaqlar da bunu bacardılar. Rəqibə qol şansları verməyərək fürsətlər yaratdılar. Sonluqlar isə artıq oyunçuların ustalığına bağlıdır. Məşqlərdə hücumları və fürsətləri yaratmaq üçün işləyə bilərsən, amma sonda seçim qapıçının qarşısında duran futbolçudadır. Aleks Fernandeşin də epizodunda bəxtsizlik oldu. Buna görə məyusuq ki, nə qədər fürsətlər yaratdıq, amma dəyərləndirə bilməyib xal itirdik.
- Hakimlikdən narazı idiniz?
- Hakimdən çox narazı idim. Oyunun gedişatında səbirli olmağa çalışırsan, amma epizodlar üst-üstə gələndə artıq biz də emosiyalarımızı saxlaya bilmirik. Düşünürəm ki, bizim son oyunlarımızda olan hakimlik aşağı səviyyədədir. Bunun səbəbini deyə bilmərəm, çünki mən digər oyunlara baxanda hakimliyə yox, rəqiblərə fikir verirəm. Lakin, düşünürəm, bu gün və bundan əvvəlki oyunlarda eyni şeylər olurdu. Oyunun tempini öldürmək, birtərəfli qərarlar... Heç xoşumuza gəlmədi. Bilmirəm, nədən irəli gəlir. Açığı, bu, bizi narahat edir.
- Qarşıda "Sabah"la kubok oyunu var. Bu matçdan sonra nə dəyişikliklər edərdiniz?
- Bu gün biz öz oyunumuza köklənməliyik. Öz istədiklərimizi həyata keçirməliyik. Məşqçi olaraq işimiz epizodlar yaratmaqdır. Amma sonluq artıq futbolçudan asılıdır. Çətin məsələdir. Artıq fürsət keçəndən sonra deyə bilərəm ki, ora vursan qol olardı. Amma insan həmin anda verdiyi qərara uyğun hərəkət edir. Ona görə də çalışacağıq ki, birinci görüşdə öz meydanımızda hər şeyi həll edək. Düzdür, itkilərimiz çoxdur. Qorxduğumuz məqamlar da var ki, bir neçə futbolçunu itirə bilərik. İnşallah, oyunçularımız sağlam olsun ki, bu görüşlərə son şans kimi çıxa bilək.
- Millidən qayıdan futbolçularınızın durumu necə idi?
- Əlbəttə ki, uduzmaqları hər bir azərbaycanlını üzür. Həmçinin də mənim futbolçularımı. Psixoloji cəhətdən əlavə, onlar millidən qayıtdıqdan sonra fiziki durumları yaxşı deyil idi. Demirəm ki, sırf milli buna səbəb olub. Sadəcə narahat edir ki, Rza Cəfərov millidən zədəli qayıdıb və onu bu halda son oyuna da buraxmışdılar. Bilmirəm, nəyə görə. Bunları araşdırırıq. Bu cür məqamlar bizi narahat edir ki, Rzanı növbəti oyunlarda itirə bilərik. Digər oyunçulara gəldikdə, arada düşünürəm ki, futbolçulara sərbəstlik verməlisən, özləri bu durumdan çıxsın. Ağadadaş gəncdir, ola bilər, belə şeyləri çox dərk etmir. Amma Elvin Camalovu görürdük ki, psixoloji cəhətdən yaxşı deyil. Çünki Camalov bizdə də məğlub olanda çox əsəbiləşən oyunçudur. Xarakterlidir, onunla danışdım. Amma ediləsi bir şey yoxdur. Milliyə uğurlar.
- "Sabah"la oyundan öncə müsbət məqam nədir?
- Ümumiyyətlə, "Sabah"la oyundan öncə neqativ bir şey yoxdur. Bugünkü oyun bir üzüntüdür, o da keçəcək. "Sabah"a qədər çalışacağıq ki, bunları keçmişdə qoyaq və həmin oyuna hazırlaşaq. Üzülürük ki, bu gün xal itirdik. Amma ümumən neqativ bir şeylər yoxdur. Sadəcə son oyunlar onu göstərdi ki, Sambunu itirmək bizim üçün pis oldu. Sözün açığı hələ də onun qırmızı vərəqə almasını və ya niyə ləğv olunmadığını başa düşmədim. Bu məsələ mənim üçün qaranlıq qaldı. Bilməyəcəm heç bunu, amma fakt budur ki, lazımsız yerdə oyunçumuzu itirdik.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu