“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun QOL.az saytına müsahibəsi
- Gərgin keçən oyunda sona yaxın buraxdığınız ardıcıl qollarla “Qarabağ”a uduzdunuz. 1:4 hesablı məğlubiyyət barədə nə deyə bilərsiniz?
- İstəyimiz çox idi. Lakin konsentrasiyamız çatmadı. Ucuz qollar buraxdıq. “Qarabağ”ın oyunçularının keyfiyyəti məlumdur. Səhv buraxan kimi, dərhal bundan istifadə edirlər. Kompakt oynaya bilmədik. Sonda bir qədər yorulduq və rəqib də bundan maksimum faydalandı.
- Bu mövsüm əvvəlki 3 oyunda “Qarabağ”a uduzmamışdınız. Budəfəki matçda fərqli nə baş verdi?
- Bir ara meydanda açıq futbol getdi. “Qarabağ”la belə oynamaq çox çətindir. Biz yaxaladığımız şansları boşa verdik. Rəqib isə əlinə düşən fürsətləri dəyərləndirdi. Matçın əvvəlində heç nədən qapımızda penalti gördük. Topun Hakmanın əlinə dəyməsi bizi pis vəziyyətdə qoydu. Hesabı bərabərləşdirsək də, səhvlər nəticəsində yenə qapımızda qol gördük. “Qarabağ” səhvləri bağışlamır.
- Hesabı bərabərləşdirəndən dərhal sonra ikinci qolu buraxdınız. Bu amil məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Dediyiniz bu məqamın çox böyük rolu oldu. Hesabı bərabərləşdirdikdən sonra 10-15 dəqiqə dözə bilsəydik, bəlkə də nəticə fərqli olardı. Təəssüf ki, bizdə soyuqqanlılıq çatmadı. Halbuki hesabı bərabərləşdirmişiksə, psixoloji üstünlük bizdə olmalı idi. Başa düşmürəm ki, o top qapıdan necə keçdi. Düzdür, Nəriman qapıya qüvvətli zərbə endirdi, lakin küncdə idi, ona görə də topun necə qapıdan keçdiyini anlamıram.
- Yəqin ki, qapıçının səhvi oldu...
- Bilmirəm, dəqiq nə deyim. Amma istənilən halda oradan buraxılan top qapıçının səhvi ola bilər. Sadəcə mənə elə gəlir ki, qapıçı həmin anda topu görmədi.
- Bu gün “Araz-Naxçıvan” “Neftçi”yə qalib gəlsə, üçüncü yerlə aranızda xal fərqi 7 olacaq. Qarşıdakı 8 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə realdır?
- Qış fasiləsinə qədər “Araz-Naxçıvan”la aramızda xal fərqi 12-13 idi. İndi fərq bir qədər azalıb. Hətta deyərdim ki, bəzi görüşlərdə xallar itirməsəydik, “Araz-Naxçıvan”ı keçə də bilərdik. 8 tur var sona. Naxçıvan klubunun da qarşı çətin oyunları olacaq. Biz toparlanmalı və özümüzə gəlməliyik.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu