Qurban Qurbanovdan əsəbi reaksiya - Video

Qurban Qurbanovdan əsəbi reaksiya - Video
VİDEO 28 Mart 2025 / 21:24 4869
-  A +

Misli Premyer Premyer Liqasının bu gün keçirilən “Turan Tovuz” - “Qarabağ” matçında hakimlik diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, baş hakim Cavid Cəlilov 70-ci dəqiqələrdə  “Qarabağ”ın futbolçularından əvvəlcə  Elvin Cəfərquliyev, sonra Nəriman Axundzadəyə qarşı hərəkətləri qayda pozuntusu kimi qeydə almayıb. Buna isə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov çox əsəbi reaksiya verib.

Baş hakimə etiraz edənlərdən biri də Qurbanovun köməkçisi Elçin Rəhmanov olub. Referi buna görə Rəhmanova sarı vərəqə göstərib.

Həmin görüntülərin yer aldığı videonu təqdim edirik.


Son xəbərlər
30.03.25  11:21

Mövsümdə ilk

30.03.25  02:05

PSJ-dən qol şousu