Bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz” klubunun yeni inşa olunmuş əsas korpus binasının açılışı mərasimi keçirilib.
QOL.az saytının verdiyi məlumata görə, açılış mərasimində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, futbol ictimaiyyətinin nümayəndələri və media mənsubları iştirak ediblər.
Qeyd edək ki, “Turan Tovuz”un baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb.
Binanın ümumi ərazisi 3 min kvadratmetrdən çoxdur. Zirzəmi ilə biegə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar mövcuddur.
Burada futbolçuların asudə vaxtlarını keçirmələri üçün stolüstü tennis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.
Bütün otaqlar ən müasir, zəruri avandanlıqlar təchiz edilib.
Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.
Açılış mərasimində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev və AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış ediblər. Onlar bu açılışın region futbolu üçün mühüm hadisə olduğunu qeyd ediblər.
Daha sonra binanın açılışı münasibəti ilə rəmzi qırmızı lent kəsilib.


Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu