Azərbaycanın Əməkdar məşqçisi A.Mircavadov milli komandamızın Haiti (0:3) və Belarusla (0:2) yoldaşlıq matçlarındakı çıxışından narazıdır.
QOL.az saytına danışan Mircavadov deyib: "Mən millinin oyunundan razı qalmadım. Çünki biz hələ bilmirik ki, hansı oyunu oynayaq. Müdafiədə oynayaq, yoxsa hücumda? 6-7 il əvvəl Belarusla qarşılaşdıq, 0:1 hesabı ilə uduzduq. Həmin vaxt Belarusun məşqçisi də belaruslu idi. Mən ümumiyyətlə, Belarus futbolunu yaxşı bilirəm. SSRİ dövründə Minsk "Dinamo"suna qarşı çox oynamışam. Onlar uzun ötürmələrlə, cinahlardan cərimə meydançasına asmalarla oynayırdılar. Sürətli idilər, amma ötürmələri hava ilə edirlər. Nadir hallarda yerlə oynayırdılar. İndi isə mən Belarus qısa ötürmələrlə oynayırdılar. Vaxtilə bizim oyunumuz qısa ötürmələrlə gedirdi. Artıq Belarusun oyun tərzi dəyişib. Amma niyə onlar bir tərz tapıblar, biz yox, bunu məndən yox, miliyə gələn baş məşqçilərdən soruşmaq lazımdır. Berti Foqts alman idi, Robert Prosineçki və Nikola Yurçeviç xorvatiyalı, Canni de Byazi italyan. İndi də portuqaliyalı məşqçi ilə işləyirik. Yəni, ayrı-ayrı ölkələrin futbolu tətbiq edilir. Amma bizə uyğun olan İspaniya və Portuqaliya futboludur. Çünki onlar da qısa ötürmələrlə oynayırlar. Ümumiyyətlə, indi bir çox milli komandalar qısa ötürmələrlə oyun qurur".
O, millimizin DÇ-2026-nı seçmə mərhələsinə hazır olmadığını qeyd edib: "Məşqçilər heyəti hələ millinin tərkibini təkmilləşdirməyiblər. Ona görə də axtarışdadırlar. Bizdə futbolçu qıtlığı da var. Bunu da nəzərə almaq lazımdır. Bir neçə ay sonra artıq dünya çempionatının seçmə mərhələsi başlayacaq. Sentyabr ayına qədər 4 yoxlama oyunu keçirmək şansımız var idi. Bunlardan 2-si artıq keçirildi. İyun ayındakı toplanışda isə sentyabr ayında oynayacaq heyətin 90 faiz müəyyənləşməlidir. Məşqçi həmin futbolçularla işləməli, hazırlaşmalı, taktiki gedişlər etməlidir. Biz çox işləməliyik. Hələ seçmə mərhələyə hazır deyilik. Heyət bilinmir. Artıq heyətin 60-70 faizi bilinməlidir. Komandanın skeleti olmalıdır. Mərkəz müdafiəçilərdə, orta xətdə problem ola bilər. Bu iki mövqe çox ağır vəziyyətdədir".
Ötən ilin iyun ayında millinin baş məşqçisi vəzifəsinə gətirilən Fernandu Santuş bu müddət ərzində komandanı 8 matça çıxarıb, 7 dəfə uduzub, 1 dəfə heç-heçə edib. A.Mircavadov isə Santuşun milliyə uyğun olub-olmadığı haqda bunları deyib: "Fernandu Santuşun bizə uyğun olub-olmadığını mən deyə bilmərəm. Ümumiyyətlə, baş məşqçini dəvət edəndə onu hərtərəfli analiz etmək lazımdır. Baxmalıyıq ki, o, bizim futbolu bilir, ya yox. İkincisi, onun idarə etdiyi komandaların hansı vəziyyətdə olduğuna baxılmalıdır. Üçüncü məsələ isə budur ki, o, hansı futbolçulrla işləyib. Biri var sırf yerli futbolçularla işləyəsən, biri də var futbolçuların müxtəlif ölkələrdə oynayalar. Santuşun işlədiyi futbolçuların əksəriyyəti Avropanın məşhur klublarında oynayıblar. Onlarla işləmək asandır. Bizdə isə vəziyyət tam fərqlidir. Ən əsas məsələ isə budur ki, məşqçi bir ailə yarada bilir, ya yox. Çünki komanda bir ailədir. Futbolçu milliyə sevə-sevə gəlməlidir. Futbolu da gülə-gülə olmalıdır. Nəsə alınır, nəsə alınmır, bu başqa mövzudur. Artıq Fernandu Satuş 1 ilə yaxındır bizimlədir. Bu da rəhbərliyin səlahiyyətindədir".
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu