“Kəpəz”in kapitanı Yeqor Xvalko martın 25-də Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoxlama matçı öncəsi fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, bu barədə Belarusun football.by saytına danışıb.
28 yaşlı belaruslu futbolçu deyib ki, Azərbaycan millisinib oyunlarını izləməyə çalışır:
- Bəli, çalışıram həmişə oyunlara baxım. Hazırda komandada çoxlu yeni ad görünür. Millətlər Liqasında uğursuz çıxış etdilər. Yalnız Estoniya ilə səhv etmirəmsə, bir oyunda heç-heçə oynadılar. Digər qarşılaşmalarda uduzdular. Qrupda İsveç və Slovakiya vardı. Təbii ki, ölkədə bu nəticələrdən narazılıq oldu. İndi portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi ilə heyət yenilənir. Siyahıya baxdım — 4-5 yeni futbolçu var. Oxudum ki, Belarusda Alosun dövründə artıq 15 oyunçu debüt edib. Burda da təxminən eyni vəziyyətdir. Gənc oyunçular komandaya cəlb olunur. Bir neçə təcrübəli, 30-32 yaşlı futbolçu da var. Ümumiyyətlə, bizdə də vəziyyət belədir. Amma orta hesabla futbolçular 27-28 yaşındadır.
- Azərbaycan uzun müddətdir ki, qələbə qazanmır. Elə bil, indi də əsas tələb olunan nəticədir. Elə belaruslardan olduğu kimi.
- Elədir. Burada idman mediasını oxuyuram, futbol veteranları və mütəxəssislər hamısı eyni şeyi deyir: ilk növbədə qələbə lazımdır. Millətlər Liqasında Estoniya ilə heç-heçə kimi nəticələr onlar üçün ciddi sayılmır. Haiti, Belarus — deyirlər ki, kimlə oynamağın fərqi yoxdur, əsas odur ki, qalib gələsən.
Bizdə də axı 16 oyunluq qələbəsiz seriya var idi. Amma sonra nəticələr gəldi. Bəzən heç-heçə, bəzən qələbə. İsveçrə ilə əla oyun olmuşdu - 3:3, bir az da dözsəydik, qələbə qazanacaqdıq.
Burada məndən Belarus millisi haqqında soruşdular. Dedim ki, komandalar təxminən eyni səviyyədədir. Yadımdadır, təxminən üç il əvvəl Millətlər Liqasında qarşılaşmışdıq, bir də Minskdə yoldaşlıq oyunu olmuşdu — və heç bir tərəfin açıq-aşkar üstünlüyü yox idi. Bu oyunda hər şey ola bilər. Maraqlı qarşılaşma olacaq. Əlbəttə, oyuna getmək istəyərdim, amma çox uzaqdır, üstəlik həmin gün məşq var. Təəssüf ki, oyunu canlı izləyə bilməyəcəyəm.
- Matçın keçiriləcəyi Masazırdakı “Bank Respublika Arena”nın meydanı barədə nə deyə bilərsən? Orada oynamısan?
— Bəli, daim. “Sabah” bütün ev oyunlarını orada keçirir. Qışda da, yazda da, payızda da orada oynamışıq. İlin istənilən fəslində meydança yaxşı vəziyyətdə olur. Üstəlik, stadion maraqlıdır, düzbucaqlı formadadır, sırf futbol stadionudur. Tamaşaçılar da gəlsə, gözəl atmosfer olacaq. Stadion çox böyük deyil. Hissiyatla deyə bilərəm ki, 5-6 min nəfərlikdir. Doqquz min? Onda lap əladır.
- Birdəfəlik Azərbaycanda qalmaq barədə düşünürsən?
- Yox-yox-yox. Mən belarusam. Mövsümün sonunda çətin olur. Yarışın bitməsinə 2 tur qalır, amma artıq evə getmək istəyirsən. Həmişə məzuniyyətə vətənə qayıdıram. Burada qalmaq planım yoxdur. Nə olacaq, bilmirəm. Çempionatın sonuna iki ay qalıb. Sonra bəlkə hansısa variantlar ortaya çıxar. 28 yaş — yaxşı yaşdır, müəyyən təcrübə var. Artıq həyatda nəyəsə nail olmaq lazımdır.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır