"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Qalib gəlmək istəyirdik. Amma alınmadı. Daha çox təzyiq etmək lazım idi. İsti hava və süni örtük təsirini göstərirdi. Meydançanı oyundan əvvəl sulamamışdılar. Yəqin həmin işə baxan şəxslər evə getmişdi. Bu gün futbola əks hər şey var idi. Belə şəraitdə futbol oynamaq asan deyil. Rəqib oyunun tempini salırdı. Hakim də onlara qoşulmuşdu. "Kəpəz"ə uğurlar arzulayıram. Qol fürsətlərindən istifadə edə bilmədik.
- Meydançanın sulanmamasının məsuliyyətini kim daşıyır?
- Bilmirəm.
- İntizam Komitəsinin verdiyi cəzalar oyunun hazırlığına təsir etdi?
- Bu barədə çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək, orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartılar ki... "Qarabağ"ın oyunçularına niyə qırmızı vermirlər" deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki "Araz-Naxçıvan"ın futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz. O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. "Atletiko"ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər.
- Tovuzda futbolla bağlı vacib tədbirlər keçiriləcəyinə görə oyun burada keçirildi. Amma İcraiyyə Komitəsinin iclası Bakıda baş tutdu. Bunun səbəbi nədir?
- İclas burada keçirilməli idi. Biz də razılıq verdik. Son anda federasiyadan xəbər etdilər ki, rəhbərliyin vacib işi olduğuna görə iclas Bakıda baş tutacaq.
- Ramazan ayında futbolçuların oruc tutması onların performansına təsir edir?
- Futbolçuların oruc tutmasından daha çox meydançaların vəziyyəti onların oyununa təsir edir. Dünyanın hər yerində futbolçular oruc tutur. (sportal.az)
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"