"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 25-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, qarşıdakı turlarda uğurlu çıxış edəcəklərinə inandığını bildirib.
- Azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı oyunun şahidi oldular. Deməyə çox söz yoxdur. Çalışırıq. İnanıram ki, "Kəpəz"lə oyunda bunun bəhrəsini görəcəyik. Hər şey qaydasındadır. Sadəcə olaraq son nöqtəni qoya bilmirik. Bunun üzərində də çalışırıq.
- Artıq neçənci turdur ki, eyni sözləri eşidirik...
- Nə eşitmək istəyirsinizsə, deyin, mən də onu deyim. İmkanlarımız var, amma istifadə edə bilmirik. Ancaq səbr etmək lazımdır. Problemlər "Kəpəz"lə oyunda öz həllini tapmalıdır. Bütün fikrimiz həmin matça yönəlib. Hələ ki, komandanın "sükanı arxasında"yam. İnanıram ki, hər şey qaydasında olacaq.
- "Kəpəz"ə məğlub olsanız, istefa verəcəksiniz?
- Hər şey ola bilər. Əlbəttə ki, biz qalib gəlməliyik. Bunu futbolçular da dərk edir. İndi də istefa verə bilərəm. Futbolçuların əzmkarlığı, intizamı, sərgilədikləri oyun onu deməyə əsas verir ki, komanda hər şeyi edir. Sadəcə olaraq qol imkanlarından istifadə edə bilmirik. Ruhdan düşmürük. Çox işləmək lazımdır. Komandanın bu durumdan çıxması üçün əlimdən gələni edəcəyəm. 200 faiz əminəm ki, komanda Premyer Liqada qalacaq.
- Nəyə əsasən bu qədər əmin danışırsız?
- Komandaya və futbolçulara əsasən deyirəm. Onlara güvənirəm. "Kəpəz"lə oyundan sonra hər şey normallaşacaq.
- Sanki küskün görünürsünüz...
- Küskün olaram da. "Sumqayıt"a təzə gələndə deyirdilər ki, Vaqif komandanı çətin durumdan çıxardı. İndi deyirlər ki, Vaqif təcrübəsizdir. Yaxşı günlər də olacaq, pis günlər də. Məşqçi belə yetişir. Rəhbərlik sağ olsun ki, hələ ki, dözür, inanır.(sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov