"İlk növbədə hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Fərqi yoxdur, nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 24-cü turunda bu gün "Kəpəz"ə qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
R.Sadıqov da həmkarı - "Kəpəz"in baş məşqçisi Azər Bağırov kimi, matçın qar səbəbəbindən gününün, daha sonra isə iki dəfə saatının dəyişdirilməsinin komandaların motivasiyasına təsir etdiyini bildirib: "Dünən gəldilər, oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü. Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı. Belə olan durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar. Bu gün qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi".
Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıqlarını deyən baş məşqçi qarşıda onları çətin oyunlar gözlədiyini də qeyd edib: "Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, idarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi. Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük. Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu. İddialı komandalarla yaxşı nəticə əldə etmişdilər. Baxımlı, yaxşı oynayıb qalib gəldik. Üç gündən sonra bizi "Araz-Naxçıvan"a qarşı kubokun cabab görüşü gözləyir. Ondan sonra isə " Turan Tovuz"la səfər görüşünə çıxacağıq. Olduqca çox vacib oyunlarımız var. Daha sonra "Səbail"lə evdə qarşılaşacağıq. İstirahət etməyə, qələbələri qeyd etməyə çox da vaxtımız yoxdur. Bu dəqiqə ən vacib olan qələbə qazanıb, növbəti matça hazırlaşmaqdır. Bu cür qar yağdıqdan sonra meydançanın bu vəziyyətdə olması klubun, stadionun işçilərinin əməyidir ki, daim stadionumuza yaxşı baxırdıq. O cür yüklənmədən sonra yenə də yaxşı futbol oynamağa şərait var idi. Amma bilirik ki, dünən və bu gün meydançamız çox zədələndi. Görək üç gündən sonra vəziyyət nə yerdə olacaq".
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev