Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyunu ilə bağlı maraqlı videoçarx hazırlayıb.
QOL.az xəbər verir ki, süni intellektlə hazırlanan videoda Bakı şəhərinin, Masazır gölünün və Tofiq Bəhramov adına Respublika Stadionunun görüntüləri yer alıb.
Videoda "Qarabağ"ın futbolçusu Kadi Borges, "Sabah"ın oyunçusu Cesse Sekidika da var.
Maraqlıdır ki, Kadinin Tofiq Bəhramov adına Respublika Stadionunun meydanına atla daxil olduğu təsvir edilib. Sekidikanın çiynində isə bayquşun olması diqqət çəkib.
At Ağdam təmsilçisinin, bayquş isə paytaxt klubunun rəmzidir.
Qeyd edək ki, fevralın 22-də, Tofiq Bəhramov adına Respublika Stadionununda keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 19:00-da başlayacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı