Xəbər verdiyimiz kimi, "Sabah" heyətinə yeni futbolçu cəlb edib.
Bu, özbəkistanlı 21 yaşlı dayaq yarımmüdafiəçisi Umarali Raxmonaliyevdir. O, Rusiyanın "Rubin" klubundan transfer olunub.
Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında "Sabah"ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.
Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.
Qeyd edək ki, Umarali Raxmonaliyev 2023-cü ildən "Rubin"də çıxış edib. Gənc futbolçu bu mövsüm "Rubin"də 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.
QOL.az xəbər verir ki, Umarali Raxmonaliyevin transferi ilə bağlı detallar ortaya çıxıb.

Rusiyanın “Bisnes Onlayn Sport” nəşrinin yazdığına görə, futbolçu ilə Avstraliya, Türkiyə və Özbəkistan klubları da maraqlanıb. İnsayderlər yazıblar ki, Avstraliyanın “Vestern Sidney Uonderers” və Özbəkistanın “Novbaxor” kubları Raxmonaliyevlə müqavilə imzalamaq istəyib. Futbolçu özü isə Türkiyəyə getmək istəyib. Çünki qarşısına Avropa ölkələrindən birində çıxış etmək hədəfi qoyub. Yekunda isə o, “Sabah”a keçib.
İnsayder İvan Karpovun yazdığına görə. “Sabah” Raxmonaliyevi 200 min avro təzminat müqabilində birdəfəlik almaq istəyib. Lakin “Rubin” onu sadəcə 1 illik icarəyə verməyə razılaşıb. Bildirilir ki, icarə müqaviləsi başa çatandan sonra “Sabah”ın adıçəkilən oyunçunu 360 min avroya almaq hüququ var.
Onun “Rubin”lə müqaviləsi isə 2026-cı ilin yayında başa çatır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı